330x100
 

Cəbhəyanı rayonlarda 650 şəxsə aktivlər verilib – Son bir ayın nəticəsi

07.10.2020,15:29


7 oktyabr, Fineko/abc.az. Təkcə son bir ayda Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində cəbhəyanı rayonlarda 650 şəxs mal və materiallar formasında aktivlərlə təmin olunublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, onların əksər hissəsini şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və veteranları, digər kateqoriyalara aid əlilliyi olan şəxslər, məcburi köçkünlər, çoxuşaqlı ailələrin üzvləri və b. təşkil edib. Verilmiş aktivlər hesabına onların ailə təsərrüfatları yaradılıb.

Ümumilikdə bu il özünüməşğulluq proqramı əsasında ölkə üzrə 2200-dən çox şəxs aktivlərlə təmin olunub.

Müəllif: Elmir Murad