Düşmən Ağdamı artileriya atəşinə tutdu – Mülki şəxs həlak oldu

15:56 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. İşğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Bütün xəbərlər