Paşinyan bu gün də Putinə zəng edib – Bu son bir həftədə onun 5-ci zəngidir

16:25 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan yenə Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

ABC.AZ-ın məlumatına görə,  Kremlin saytı belə məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan əvvəlcə Rusiya Prezidentini 68 yaşı münasibətilə təbrik edib. Həmçinin tərəflər Qarabağdakı vəziyyəti müzakirə edərək, hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu, həftə ərzində Paşinyanın Putinə sayca 5-ci zəngidir. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər