Trampın milli təhlükəsizlik üzrə müşaviri cəbhədəki vəziyyətdən danışdı

10:52 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen cəbhədəki vəziyyətə münasibər bildirib.

ABC.AZ-ın məlumatına görə, R.O'Brayen Qarabağda münaqişənin nizamlanması Rusiya və ABŞ-ın bir tərəfdə olduğu mövzulardan biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, münaqişə indi Azərbaycanla Ermənistan arasında gedir:

"Bu elə bir sahədir ki, biz bir tərəfdəyik, bölgəyə sülh gətirməyə çalışaraq bunu bölüşürük. Yəni, elə sahələr var ki, biz orada əməkdaşlıq edə bilərik və etməliyik”.

 

Bütün xəbərlər