Ermənilər mülki sakinlərimizin üstünə dron göndərdi – Ordumuz onu məhv etdi

11:22 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

H.Hacıyev qeyd edib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, kamikadze dronun məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib.

“Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

Bütün xəbərlər