Ermənistanda yoluxanlar artır – 1 gündə 718 nəfər

12:00 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır, 54 min 473 nəfərə çatıb.

ABC.AZ-ın məlumatına görə, son bir gündə daha 718 nəfər COVID-19-a yoluxub.

Ölkədə koronavirusdan ölənlərin sayı daha 9 nəfər artaraq 1004-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

 

Bütün xəbərlər