Dünyanın əsas banklarından birinin rəhbəri dəyişdi – Yeni təyinat

16:43 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Fransalı Odil Reno-Basso dörd illik müddətə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti seçilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, AYİB-nin “Twitter”də yayımlanan məlumatına görə, bu barədə qərar Bankın Londondakı mənzil-qərargahında keçirilən İdarə Heyətinin iclasında qəbul olunub.

O, bu vəzifədə 2012-ci ildən bəri iki müddət AYİB-nin prezidenti olmuş britaniyalı Suma Çakrabartini əvəzləyib. Son dörd ildə 55 yaşlı Reno-Basso Fransa İqtisadiyyat, Maliyyə və Yenidənqurma Nazirliyində Xəzinədarlığın baş direktoru vəzifəsində çalışıb.

 

Bütün xəbərlər