Prezidentin köməkçisi bu ölkələrə çağırış etdi – Dayandırın

16:56 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində əslən erməni olan Fransa vətəndaşının Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmasına münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, jurnalistin reportajı onu göstərir ki, əslən erməni olan Fransa vətəndaşları Ermənistan silahlı qüvvələrinin sıralarında muzdlu olaraq Azərbaycan hərbçilərinə və dinc sakinlərinə hücum edirlər deyə H.Hacıyev qeyd edib.

"Azərbaycanı ittiham etmək yerinə, biz ölkələri öz vətəndaşlarını dayandırmaq üçün tədbirlər görməyə çağırırıq”, - o qeyd edib.

 

Bütün xəbərlər