On bir gündə Azərbaycana bu qədər zərər dəyib – Kamran Əliyev açıqladı

17:24 - 8.10.2020


8 oktyabr, Fineko/abc.az. Baş prokuror Kamran Əliyev bu günədək Azərbaycana dəymiş ziyan barədə məlumat verib.

ABC.AZ-ın məlumatına görə, 27 sentyabr tarixindən oktyabrın 8-dək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub.

K.Əliyev qeyd edib ki, 148 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılıb.

 

Bütün xəbərlər