330x100
 

Diqqət – Bu VPN-lər Ermənistana məxsudur

08.10.2020,17:39


8 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi bir neçə gündür Azərbaycanda internetə çıxış Ermənistan-Azərbaycan münaqişəsi səbəbindən qismən məhdudlaşdırılıb.

Belə ki, adi vaxtlardan fərqli olaraq hazırda sosial şəbəkələrə vpn-siz girmək çətinləşib.

Bu da insanların telefona kütləvi qayda da vpn yükləməsinə səbəb olub.

ABC.AZ-ın məlumatına görə, ekspertlər VPN-in bir sıra normalar baxımından şəxsi məlumatlar və digər aspektlərdən təhlükəli olduğunu hesab edirlər.

Belə ki, telefonunda bu proqramı yükləyənlər hər an kiberhücuma məruz qala bilər.

Bu da son deyil. Bununla yanaşı proqramlar içində Ermənistana məxsus VPN də var ki, bu da iki qat təhlükədir. Bəs Ermənistanın VPN proqramları hansılardır?

1. Express VPN

2. Nord VPN

3. VPN 360

4. CyberGhost VPN

5. HMA VPN

6. Surfshark VPN

Müəllif: Elmir Murad