Müharibə başlayandan Ermənistan büdcəsi böyük itkiyə məruz qalıb – Məbləğ

10:36 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistan bu günə qədər döyüşlərdə 250 tank, 270 top batareyası, raket atan sistem, 60 hava hücumundan müdafiə sistemi, 11 qərargah və post, 8 silah anbarı,150 hərbi avtomobil və bir ədəd S300 kompleksini itirib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə bu 13 günlük müharibə dövründə Ermənistan büdcəsinə dəyən ziyan 5 milyard dollar təşkil edir. Hesablamalara görə sadəcə Kəlbəcərdə yerləşən qızıl mədəninin 150 ton qızıl ehtiyatı var. Bu mədənin gəlirlərinin 99 faizi rus şirkətinə aid idi. Şirkət isə müharibə başlayan kimi şirkət ərazini tərk edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər