Ermənilər daha 3 mülki sakini yaraladı – Düşmən dinc əhalini atəşə tutmağa davam edir

11:14 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. İşğalçı ölkənin silahlı qüvvələri 09.10.2020-ci il tarixdə səhər saat 08 radələrindən başlayaraq Füzuli rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, 09.10.2020-ci il tarixdə saat 09 radələrində Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, o cümlədən onların yaşadıqları evlərə  külli miqdarda ziyan dəyib.

 

Bütün xəbərlər