330x100
 

Bu ərazilərin şagirdləri üçün avtobus təşkil olunacaq – Siyahı

09.10.2020,11:23


9 oktyabr, Fineko/abc.az. Təhsil Nazirliyi həftəsonları  ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunur.

Layihə çərçivəsində 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq.

İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər.