330x100
 

Nazirlikdən işəgötürənlərə - Onları işə götürsəniz əməkhaqqının yarısını biz verəcəyik

09.10.2020,11:40


9 oktyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədəki müəssisə və təşkilatlara müraciət edərək onları işçilərin əmək haqlarının bir hissəsinin İşsizlikdən sığorta fondu hesabına maliyyələşdirmək proqramına qoşulmağa dəvət edib.

ABC.AZ xəbər verir ki, "İşəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər"-deyə müraciətdə bildirilir.

Prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilər.

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək.

İşəgötürənlər proqrama aşağıda göstərilmiş keçid vasitəsi ilə müraciət edə bilərlər.

https://forms.gle/2kkhuMqDUHUuSjtB6

Müəllif: Elmir Murad