Ermənilərin təxribatı 31 mülki şəxsin həyatına son qoyub – 164 yaralımız var

12:30 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistanın təxribatı nəticəsində Azərbaycanın mülki vətəndaşlarının  ölüm və yaralanma sayı açıqlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb.

Bundan başqa, 142 mülki obyekt və 1054 yaşayış evi yarasız hala düşüb.

 

Bütün xəbərlər