Ceyhun Bayramov Moskvaya gedir – Kremlin təşəbbüsü ilə görüş olacaq

14:04 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi oktyabrın 8-də  Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

XİN-dən ABC.AZ-a verilən məlumata görə, görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Qeyd edək ki, bu gün isə Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar, nazir Ceyhun Bayramov  Moskvaya işgüzar səfər edəcək.

 

Bütün xəbərlər