Daha bir erməni yalanı ifşa edildi – Ordumuz kilsələri hədəfə almır

14:21 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raket ilə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz bu xüsusda dünya xristianlarının həssas hisslərinə böyük hörmətlə yanaşırıq. Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır.

Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, birincisi, Azərbaycan ordusu tərəfindən kilsə və digər mülki təyinatlı obyektlər hədəfə alınmır.

Həmin dövrdə Azərbaycan silahlı qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib: "İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməyib. Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, avia bomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan silahlı qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur".

 

Bütün xəbərlər