Ermənilər bu addımı ilə məscidləri dağıtmaq siyasətini ört-basdır etmək istəyir – Prezidentin köməkçisi

14:54 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.

ABC.AZ-ın məlumatına görə, bunu Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdır etmək istəyir.

Bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılıb: "Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirib. Bütün dünya xristinalarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik. Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dini abidələr təyinatına uyğun olaraq bərpa olunacaq".

 

Bütün xəbərlər