Gürcü ekspertdən Azərbaycana dəstək – Ermənistan təxribata əl atır

15:24 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi hərbi təxribatlara əl atmaqla təşkilatı münaqişəyə cəlb etməyə çalışır.

ABC.AZ-ın məlumatına görə, bunu Gürcüstanın sabiq prezidentinin müşaviri, xarici münasibətlər üzrə ekspert Tengiz Pxaladze deyib.

Onun sözlərinə görə, hazırkı hərbi əməliyyatlar Ermənistan sərhədlərinə keçmir: “Hazırda hibrid müharibə aparılır. Gürcüstanda da münaqişə ilə bağlı həqiqətə uyğun olmayan bəzi informasiyalar yayılır lakin həqiqət hərkəsə bəllidir”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər