Bakıda 4 yeni dəmir yolu stansiyası tikiləcək – 7 il ərzində

15:35 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. 2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və ya inşası nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bu ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.

Planda qeyd olunub ki, o cümlədən Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhliz boyu 4 yeni stansiyanın tikintisi nəzərdə tutulur. Bununla yanaşı Lökbatan qəsəbəsindən keçən dəmir yolu infrastrukturunun yenidən qurulması və sərnişin stansiyası kimi xidmət göstərməsi, Lökbatandan Bakı Dəmir Yolu Vağzalına müntəzəm şəhərətrafı dəmiryolu reyslərinin açılması planlaşdırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər