ABŞ-ın nüfuzlu qəzeti Azərbaycanın cəbhədəki uğurlarından yazdı – Dronlardan yaxşı istifadə olunur

15:58 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistanın tanklarına, toplarına və hərbi texnikasına qarşı zərbə dronlarından uğurla istifadə olunur.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşrindəki təhlil yazısında qeyd olunub.

ABŞ tərəfindən zərbə PUA-larının qlobal terrorla mübarizədə geniş tətbiqi barədə bəhs olunan yazıda Azərbaycanın dron texnologiyalarından bu miqyasda istifadə praktikasının müharibə tarixində yenilik olduğu vurğulanıb.

Yazıda 2016-cı ildə aprel döyüşləri çərçivəsində Azərbaycanın kamikadze PUA-lardan əməliyyatlarda aktiv istifadə etməsinə toxunulub.

Qeyd olunub ki, pilotsuz uçuş aparatlarının bəzən drondan daha çox qanadlı bir raket kimi görünür və qarşı tərəfdə vahimə yaradır. “Azərbaycan daha çox İsrail və son illərdə Türkiyə istehsalı olan dronlara maraq göstərir”, - məqalədə bildirilib.

 

Bütün xəbərlər