Ermənilər başqa təxribatlara əl atmağa başlayıb – Nazirlik

17:26 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Düşmən bu dəfə vətəndaşlarımızın mobil və stasionar telefonlarına saxta nömrələrdən din xadimləri adından Azərbaycan dilində səs yazıları göndərərək çağırışlar edir.

ABC.AZ xəbər verir bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, cəbhədə məğlub olan və geri çəkilmək məcburiyyətində qalan Ermənistanın məqsədi təxribat xarakterli dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir daha vətəndaşlardan xahiş edir ki, tanımadığı nömrələrdən gələn zəng və mesajlara cavab verməsinlər, həmin nömrələri bloklasınlar, mesajları spam olaraq şikayət etsinlər.

 

Bütün xəbərlər