“Türk Hava Yolları” yeni reklam çarxını təqdim edib

06.02.2018,12:48


“Türk Hava Yolları” aviaşirkəti məşhur kardiocərrah və teleaparıcı Mehmet Ozun (Dr. Oz) iştirakı ilə "Beş hiss” adlı yeni reklam çarxını təqdim edib.

 

Dünya aviasiya sənayesində ən nüfuzlu təşkilatlardan biri olan “Skytrax” şirkətinin apardığı tədqiqatların nəticələrinə görə, 6 il ərzində "Avropanın ən yaxşı aviaşirkəti" adına layiq görülən “Türk Hava Yolları” yeni reklam çarxını ilk dəfə bu həftə Amerika televiziyasında ən məşhur şou sayılan ABŞ Milli Futbol Liqasının final qarşılaşması (Superboul) zamanı nümayiş etdirib.

 

Milli aviadaşıyıcının uçuşlar həyata keçirdiyi ölkələrin əksəriyyətində yayımlanacaq çarxının rejissoru danimarkalı Martin Aamund olub. Çəkilişlər ay ərzində Şimali Avropa, Afrika və Uzaq Şərqin müxtəlif mövqelərində şimal şəfəqin çəkilişlərində 0 dərəcədən aşağı Böyük Səhradakı müsbət 50 dərəcəyədək temperaturları əhatə edən ekstremal hava şəraitində keçirilib. Çarx insan bədəninin müxtəlif şəraitdə özünü necə hiss etdiyindən bəhs edir. "Dünyaya geniş baxın" şüarı tamaşaçı üçün beş hiss vasitəsi ilə ətraf aləmi və özünü tədqiq etmək çağırışdır.

 

Hisslər bizə dünyanı dərk etmək üçün unikal imkan yaradır. Lamisə, iybilmə, eşitmə, görmə və dad olduğunuz yeri canınıza çəkmək və bununla yaddaşınızda həmişəlik həkk olunan qeyri-adi təcrübə əldə etmək üçün beş sehrli üsullardandır. Məhz beş hiss bizim üçün ən əziz olan və bizə zaman arasında səyahət etməyə kömək edən xatirələrə dalmaq imkanı yaradır.  Maraqlıdır ki, belə bir sehrli səyahətə bizi hətta çiçəyin qoxusu və ya ədviyyatın dadı kimi kiçik bir detal ruhlandıra bilər. "Beş hiss" kampaniyası tamaşaçıları daxilimizdə yerləşən bütöv kainat və möcüzəli planet qarşısında ehtiram hissi yaşamağa sövq edir.

 

“Türk Hava Yolları”nın marketinq üzrə direktoru Ahmet Olmuştur yeni kampaniyanin debütunu belə şərh edib: “Digər aviaşirkətlərdən daha çox ölkələrə uçuşlar həyata keçirən şirkət kimi biz tam əminik ki, missiyamız sərnişinlərimizi sadəcə mənzilbaşına çatdırmaqdan daha qlobaldır. Biz onları ətraf aləmi və özlərini tanımağa ruhlandırmaq istəyirik. “Beş hiss" adlı kampaniyamız yeni kəşflər vasitəsi ilə fərəh hissini tam duymağa istiqamətləndirilib. Biz tanınmış adamların iştirakı ilə kampaniyalarımızın nəticələri və onlara qarşı yaranan münasibət ilə tamamilə razıyıq. Morqan Frimanın iştirakı ilə keçənilki kampaniyamız çox populyar olub, indi isə biz Dr. Oz ilə əməkdaşlığımızı səbirsizliklə gözləyirik. Əminəm ki, biz liderliyimizi qoruyub saxlayacağıq və dünyanı yeni kəşflərə ruhlandıra biləcəyik”.

 

Dr. Oz insanın uçuş zamanı hisslərinin vacibliyini vurğulayıb: “Həyatını insan bədəninin qadir olduğu möcüzələr haqqında məlumatın yayılmasına həsr etmiş bir həkim kimi "Beş hiss"  layihəsi çərçivəsində “Türk Hava Yolları” ilə işləməyə çox şadam. Biz birlikdə dünyanın müxtəlif yerlərində əldə edə biləcəyimiz nadir təcrübəni tədqiq edəcəyik və beləliklə bizim auditoriyanın maraq və təəccüb qabiliyyətlərini stimullaşdıracağıq”.

 

"Beş hiss" 2017-ci ildə Morqan Frimanın iştirakı ilə Superboul yarışının fasiləsində nümayiş olunan və “YouTube”da 53 milyon baxış sayı toplayan çarxıdan sonra növbəti reklam kampaniyasıdır. “Türk Hava Yolları”  2016-cı ildə “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” filminin sponsoru oldu və sponsorluq paketi çərçivəsində ilk dəfə olaraq öz reklamını auditoriyası 800 milyondan artıq insan olan Superboul yarışı zamanı nümayış etdirdi. Milli aviadaşıyıcının Lionel Messi və Kobe Bryantın iştirakı ilə “Kobe Messiyə qarşı: selfi ilə ayırdetmə” adlı daha bir reklam çarxı “YouTube”da onilliyin ən yaxşı reklamı seçilib.

 

"Beş hiss" adlı yeni reklam çarxını burada izləmək olar: https://youtu.be/yvicqMrAHvQ.

 

 

Açar sözlər: Türk Hava Yolları