Hikmət Hacıyev: Humanitar yardım altında Ermənistana raket sistemləri daşınır

22:20 - 10.10.2020


10 oktyabr, Fineko/abc.az. Humanitar yardım adı altında sanksiya tətbiq olunmuş “Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıyır.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.

“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”.

 


Bütün xəbərlər