Hikmət Hacıyev: Ermənilər humanitar yardım adı altında “Smerç” raketləri alıb

09:46 - 11.10.2020


11 oktyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.

 

ABC.AZ  xəbər verir ki, Hikmət Hacıyev yazıb: "Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın".


Bütün xəbərlər