Hikmət Hacıyev: Gəncədə 7-dən çox mülki şəxs həlak olub, uşaqlar da daxil olmaqla 33 nəfər ağır yaralanıb

10:17 - 11.10.2020


11 oktyabr, Fineko/abc.az. “İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb:

“3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

Bütün xəbərlər