Ombudsman Aparatı: Gəncədə ölənlərin və yaralıların sayında artım ola bilər

10:34 - 11.10.2020


11 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanın məlumatında qeyd edilib.

Qeyd edilir ki, hal-hazırda hadisə yerində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər.


Bütün xəbərlər