Hikmət Hacıyev : Ermənistanın terror siyasəti davam edir

10:39 - 11.10.2020


11 oktyabr, Fineko/abc.az. "Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.

 

 

Bütün xəbərlər