330x110
 

Hikmət Hacıyev: Ermənistanın hücumları hərbi cinayətdir

11.10.2020,12:02


11 oktyabr, Fineko/abc.az. “Hərbi əməliyyatların teatrından kənarda dinc əhaliyə dağıdıcı raketlərlə hücum hərbi cinayətdir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Bu Ermənistanın hərbi-siyasi rəhbərliyinin əxlaqsız hərəkətlərinin təzahürüdür”, - o əlavə edib.