Prezidentdən Gəncəyə atılan raket barədə paylaşım - Layiqli cavab veriləcək!

17:40 - 11.10.2020


11 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Ermənistanın Gəncəyə artilleriya zərbələri endirməsi barədə özünün "Twitter" səhifəsində  paylaşım edib.

ABC.AZ xəbər verir ki, Prezident Azərbaycanın bütün bunlara layiqli cavab verəcəyini bildirib.


"Ermənistanın hərbi siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır. Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək! Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!", - deyə İlham Əliyev vurğulayıb.

 

Bütün xəbərlər