Ermənilər hərbi texnikaları qoyub qaçıb – Cəbhədən son xəbərlər

10:01 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Xəbər vediyimiz kimi Müdafiə Nazirliyi ötən gecə cəbhədə baş verənlərlə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, əldə olunan məlumata əsasən döyüş əməliyyatları zamanı

Ermənistan silahlı qüvvələrinin 9-cu alayının artilleriya rəisi tabeliyində olan bölmə ilə Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib.

Alayın 5-ci taborunun şəxsi heyəti isə təhkim olunmuş texnikanı döyüş mövqelərində qoyub qaçıb. Bundan əlavə, 5-ci və 522-ci alayın şəxsi heyəti avtomobil və zirehli texnikalarını da mövqelərdə ataraq geri çəkilib.

Qırmızı Bazar məntəqəsi istiqamətinə endirilən artilleriya zərbəsi nəticəsində 1-ci alayın daimi dislokasiya məntəqəsində yeraltı sığınacaq və düşmənin geri çəkilən bölməsinin 2 texnikası məhv edilib.

 

Bütün xəbərlər