Fransa İran vasitəsi ilə Ermənistana silah göndərir – Artıq bir təyyarə İrəvana çatıb

10:55 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz silah və sursat idxal etməyə davam edir.

Bu məqsədlə mülki təyyarələrdən istifadə edən Ermənistan bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

ABC.AZ haqqin.az-a istinadən xəbər verir ki, bundan əvvəl dəfələrlə Rusiyadan Ermənistana hərbi yüklərin çatdırıldığı və çoxsaylı uçuşlar barədə məlumat verilib.

Təkcə oktyabrın 3-dən 9-dək Rusiyadan Ermənistana "humanitar" tədarük adı altında mülki təyyarələrlə ümumi çəkisi 20 tondan çox olan silah və sursatlar göndərilib.

Əldə olunan məlumata görə, Ermənistana silah təchizatı yalnız Rusiyadan həyata keçirilmir.

Belə ki, əvvəlki gecə F-GKXY dövlət nömrə nişanlı bir Airbus A320-214 yük təyyarəsi "Paris Charles de Gaulle" hava limanından İrəvana uçub. Təyyarə İranın hava məkanından keçərək saat 00:12-də Ermənistan paytaxtına çatıb. Bu isə onu deməyə əsas verir ki, Fransada Ermənistanı silahlandıran ölkələr sırasındadır.

 

Bütün xəbərlər