330x110
 

Ermənistanın itkiləri çoxalır – Daha 3 PUA-ları məhv edildi

12.10.2020,11:59


12 oktyabr, Fineko/abc.az. Düşmən ordusu itki verməkdə davam edir.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı məhv edilib.

Bu gün saat 10:00 radələrində isə düşmənin Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilib.