Dünya Bankından Azərbaycanla bağlı müsbət proqnoz – Kənd təsərrüfatı sektoru artacaq

12:16 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Bu il Azərbaycanda kənd təsərrüfatı sektorunun artım tempi 1,5% təşkil edəcək.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında qeyd olunub. Hesabata əsasən, bu da ötən il qeydə alınan göstəricidən 5,8 faiz bənd azdır.

Bildirilir ki, 2021-ci ildə sözügedən sektor 2,5%, 2022-ci ildə isə 3,2% artacaq.

Müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycanın kənd təsərrüfatı sahəsinin artım tempi 7,2% olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər