330x100
 

Bu ərazilərə yaxın yerlərdə təminat məntəqələri yaradılıb – Nazirlik

12.10.2020,14:13


12 oktyabr, Fineko/abc.az. Döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri diqqət mərkəzində saxlanılır və dərhal həll olunması ilə bağlı tədbirlər görülür.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qoşunların hərbi texnika, silah-sursat, yanacaq-sürtgü materialları, ərzaq və əmlakla təmin edilməsi müvafiq idarə və xidmətlər tərəfindən sutka ərzində fasiləsiz həyata keçirilir.

Bu məqsədlə döyüşlər gedən ərazilərə yaxın yerlərdə səyyar təminat və məişət-xidməti məntəqələri yaradılıb.

 

https://www.youtube.com/watch?v=ARnVit67-OU&feature=youtu.be