İlham Əliyev Gəncəyə kimin hücum əmri verdiyini açıqladı

16:30 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Gəncə hücumunun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Bizdə olan məlumata görə, bu qərar şəxsən Paşinyan tərəfindən verilib deyən dövlət başçısı qeyd edib ki, bizdə dəqiq məlumat var ki, Paşinyan hazırda psixoloji sarsıntılar keçirir.

"Onun mənəvi-psixoloji durumu çox gərgindir və qeyri-adekvat qərarlar verir”, - deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər