Azərbaycandan qonşu ölkəyə gedənlər azalıb – Böyük rəqəmlər

16:40 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 283 351 nəfər təşkil edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında qeyd olunub.

Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətən 886 480 nəfər və yaxud 75,8% azalma deməkdir.

Yanvar-sentyabrda Gürcüstan ümumilikdə 1 597 528 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin eyni göstəricisindən 78% azdır.

 

Bütün xəbərlər