Hulusi Akar Sergey Şoyquya – Ermənilər işğal etdikləri torpaqlardan çıxmalıdır

17:17 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı baş tutub.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında məlumat verilib.

Danışıqlar zamanı Hulusi Akar Ermənistanın hücumlarına son qoymağının və işğal etdikləri torpaqlardan çıxmağının vacibliyini vurğulayıb.

 

Bütün xəbərlər