Biz cavabı döyüş meydanında veririk – İlham Əliyev

17:26 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. Biz böyük səbr göstəririk. Əlbəttə ki, Gəncə belə vəhşi atəşinə məruz qaldıqda bu, hər bir azərbaycanlını hiddətləndirir və adekvat cavab tələb olunur.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev "Haber Global” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, biz cavabı döyüş meydanında veririk. “Dünən itirilmiş qurbanlarımızın qisasını biz döyüş meydanında aldıq. Bizim münasibətimiz belədir. Biz heç vaxt mülki şəxslərə qarşı müharibə aparmamışıq, bu gün də aparmırıq. Bu, Azərbaycanı Ermənistandan fərqləndirən cəhətlərdən biridir. Ona görə də daimi atəşkəsin təmin olunması üçün ilk növbədə Ermənistan anlamalıdır ki, artıq işğaldan azad edilmiş torpaqları onlar görməyəcəklər, onlar ora dönməyəcəklər. Bu, onlar üçün tamamilə imkansızdır. Kim nə deyirsə desin, kim onları dəstəkləyirsə dəstəkləsin, bu, olmayacaq. Biz bu torpaqlara gəldik, bu, bizim dədə-baba torpaqlarımızdır, bizi oradan heç bir qüvvə çıxara bilməz. Nə qədər bunu tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq".

 

Bütün xəbərlər