Türkiyə vətəndaşından ordumuza dəstək – Nişan üzüyünü göndərdi

10:11 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Gəncə hadisələrindən sonra bir Türkiyə vətəndaşı Azərbaycan Ordusuna dəstək üçün öz nişan üzüyünü göndərib.

ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim qardaş ölkədə Türkiyə Quru Qoşunları məktəbinin 2020-2021 tədris ilinin açılış mərasimindəki çıxışı zamanı bildirib.

“Bir millət, iki dövlət” – bu, artıq bir sloqan deyil. Bu artıq tam bir gerçəkdir. Bu gerçəklik də ən üstdən, prezidentlərimizin münasibətlərindən başlayaraq bütün xalqımızın bir-birinin içində olmasından ibarətdir. Biz hər gün 2-3 min dəstək məktubu alırıq. Üç gün öncə Maraşdan bir qardaşımız məktub göndərib və Azərbaycanın yanında olduğunu, bizim keçmişimizin, bu günümüzün və gələcəyimizin bir olduğunu qeyd edib. Həmin məktubla birgə mənə Türkiyə bayrağı da göndərib".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər