Gecə döyüşlərində məhv edilən Ermənistana məxsus hərbi texnikalar – Siyahı

10:52 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Müdafiə Nazirliyi oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyətin gərgin olduğunu açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib.

Ordumuz tərəfindən məhv edilən düşmən texnikalarına 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Tor-M2KM” ZRK, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası daxildir.

 

Bütün xəbərlər