Düşmənin bu alayının şəxsi heyəti də məhv edildi – Nazirlik

11:03 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Əldə olunan məlumata əsasən, döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində mövqe tutan şəxsi heyəti məhv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 1-ci motoatıcı alayın bir bölüyə qədər canlı qüvvəsi pusquya salınıb, hərəkətdə olan avtomobil texnikası sıradan çıxarılıb.

 

Bütün xəbərlər