Qonşu ölkə həyəcan təbili çalır – Bir gündə 9 nəfər koronadan öldü

12:20 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Son günlər Gürcüstan ərazisində koronavirusdan ölənlərin sayında artım müşahidə olunur.

ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 9 pasiyent koronavirusdən dünyasını dəyişib.

Qeyd edək ki, bu barədə hökumətin yaratdığı xüsusi veb saytda qeyd olunub. Bununla da Gürcüstanda koronavirusdan ölənlərin sayı 102 nəfərə çatıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər