Gürcüstan gəncləri Azərbaycana belə dəstək verdi – Foto

12:38 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Gürcüstanın Ponicala (Soğanlıq) qəsəbəsindən olan bir qrup gənc, Azərbaycana dəstək karvanı həyata keçiriblər.

ABC.AZ xəbər verir ki, gənclər Ponicala (Soğanlıq) qəsəbəsindən başlayaraq Rustavi və Tbilisdə yol boyunca Azərbaycan, Gürcüstan və Türkiyə bayraqları ilə hərəkət ediblər.

Onlar Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi önündə toplaşaraq Azərbaycana olan dəstəklərini ifadə ediblər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər