Ermənilər bu qədər mülki vətəndaşımızı öldürüb – Baş Prokurorluq məlumat yaydı

12:43 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 42 mülki şəxs həlak olub, 206 nəfər yaralanıb.

Bundan başqa, 241 mülki obyekt, 1479 yaşayış evi və 66 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.

 


Bütün xəbərlər