Gəncəyə atılan raket nəticəsində 3 uşaq valideynlərsiz qaldı - Ombudsman hesabat yaydı

14:16 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Ombudsman Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və mülki əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutması nəticəsində baş vermiş insan tələfatı və dağıntılarla əlaqədar həyata keçirilmiş faktaraşdırıcı missiyaya dair hesabat yayıb.

ABC.AZ hesabata istinadən xəbər verir ki, Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində 3 uşaq hər iki valideynini itirib:

“Bununla da Ermənistan Respublikası iştirakçısı olduğu beynəlxalq müqavilələrin, xüsusilə də BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın tələblərini kobud şəkildə pozub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncədəki yaşayış məntəqələrini yenidən Ermənistan ərazisindən raket atəşinə tutması nəticəsinə baş verən insan tələfatları və dağıntılar Ermənistan Respublikasının öz təcavüzkar siyasətindən əl çəkmədiyini və növbəti dəfə yeni ərazilərimizi işğal etmək istədiyini bir daha aydın şəkildə sübut edir".

 

Bütün xəbərlər