Üç əsgərimiz düşmənin 11 texnikasını məhv etdi – Foto

14:22 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi işğalçı Ermənistan ordusuna ciddi zərbələr endirən Azərbaycan Ordusunun əsgərlərinin şücaəti ilə bağlı məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda deyilir: "Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.

O, silahdaşları Elvin Mədətəov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.

Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!" 

 


Bütün xəbərlər