Dağılmış evlər yenidən tikiləcək – Nazir Gəncədə

14:47 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Gəncədəki dağılmış evlərin hamısı yenidən tikiləcək.

ABC.AZ xəbər verir ki, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində jurnalistlərə verdiyi açıqlamada qeyd edib.

Nazir bildirib ki, hadisə olan gündən, həmin gecənin səhərində bəri bizim bütün qurumlarımız, həmçinin Tikintiyə Nəzarət şöbəsi ərazidə araşdırmalar aparır: "Onlar nə qədər evin hadisədən zərər çəkdiyini hesablayırlar. Möhtərəm, cənab Prezidentin tapşırığıdır ki, bir nəfər də olsun evindən, itirdiyi başqa bir şeydən zərər çəkməsin. Onların hamısı bərpa olunacaq. Onların hamısı yenidən sökülüb tikiləcək. Bəzilərinə evlər veriləcəkdir. Vətəndaşlarımız çəkdiyi bütün zərərlər tərəfimizdən bərpa olunacaq. Gəncə camaatının bununla bağlı heç bir narahatlığı olmasın”.

 

Bütün xəbərlər