İş adamlarına dəymiş ziyan açıqlanıb – Zərər dəyən əsas bölgələrin siyahısı da var

15:04 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. İndiyədək Ermənistanın təxribatı nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib.

ABC.AZ xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olan müraciətlər belə deməyə əsas verir.

Müraciətlər əsasən Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarındandır.

Ermənistanın hərbi təxribatından daha çox ailə təsərrüfatlarına (əkin sahələri, iri və xırdabuynuzlu heyvanlar və s.), ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə (yeməkxana, çay evi, kafe, restoran), çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər