Ankaradan Azərbaycana tam dəstək – Çavuşoğlu dünyanı ikili siyasətdə ittiham etdi

16:00 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və meydanda dəstəkləyəcəyik.

ABC.AZ-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, müharibəni heç kəs istəməz, atəşkəs çağırışlarından əlavə, Ermənistana da Azərbaycan ərazilərindən çəkil çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzusunu görə bilərik:

"Ancaq bu çağırış, təəssüf ki, edilmir. Ukrayna və Gürcüstandakı vəziyyəti dəyərləndirərkən ATƏT daxil olmaqla hamımız deyirik ki, Rusiya və ya oradakı ünsürlər oradan çəkilməlidir, ora Gürcüstan və Ukrayna əraziləridir. Amma Qarabağ məsələsində eyni çağırışı etmirik”.

 

Bütün xəbərlər